CARda 2 qatar toqquşub: 150 yaralı


Dünya 05 Okt 2018 08:11:00 263 0

CARda 2 qatar toqquşub: 150 yaralı

Cənubi Afrika Respublikasının Kempton-Prak şəhərində 2 qatar toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 150 nəfər xəsarət alıb, həlak olan olmayıb.

Təcili yardım xidmətinin rəsmi nümayəndəsi Ekuruleni Uilyam Ntladi bildirib ki, hər iki qatar Pretoriyaya gedirmiş: "Görünür, platformada dayanan qatarda texniki problemlər baş verib. Bu zaman arxadan gələn digər qatar ona çırpılıb".