Tramp onu da istefaya göndərməyi planlaşdırır


Dünya 05 Okt 2018 08:04:00 244 0

Tramp onu da istefaya göndərməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonu istefaya göndərməyi planlaşdırır.

Trend-in "Foreign Policy" nəşrinə istinadən verdiyi məlumata görə, D.Tramp H.Uilsonu kosmik qüvvələrin yaradılması üzrə işindən narazı qaldığına görə istefaya göndərmək niyyətindədir.

Nəşrin məlumatına əsasən, Uilsonun istefası noyabr ayında konqres seçkilərindən sonra baş tuta bilər, lakin bu barədə yekun qərar hələ qəbul olunmayıb.