Ərdoğan: "Əgər "hə" qərarı qəbul edilərsə..."


Dünya 05 Okt 2018 07:35:00 270 0

Ərdoğan: "Əgər "hə" qərarı qəbul edilərsə..."

BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum" forumunun bağlanış mərasimində deyib.

T.Ərdoğan vurğulayıb ki, Ümumdünya Təşkilatının ciddi islahatlara ehtiyacı var: "Yeddi qitənin təmsil olunduğu BMT TŞ - biz buna nail olmalıyıq. BMT TŞ-in 5 daimi üzvdən formalaşması İkinci dünya müharibəsinin nəticələrindən irəli gəlirdi. Bu gün biz başqa şəraitdə yaşayırıq, dəyişikliklərin vaxtı gəlib".