Yeni cihaz iflic olmuş bədənin hərəkətini bərpa edib


Digərləri 05 Okt 2018 06:30:00 241 0

Yeni cihaz iflic olmuş bədənin hərəkətini bərpa edib

Beş xəstənin bədəninə onurğa beyni stimullaşdıran elektrik cihaz yerləşdirilib. Bu barədə ABŞ-ın iki tədqiqat qrupu məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, implantasiyadan təxminən səkkiz-doqquz həftə əvvəl tibbi personalın köməkliyi ilə xəstələrə xüsusi hərəkətlər etdirilib. Bu idmanın əsas məqsədi onurğa beyinin dayanmaq və gəzməyi "xatırlamasına" kömək etməkdir. Hər belə dayaq-hərəkətləri treninqi zamanı xəstənin ayaq üstə dura bilməsi üçün xüsusi sığorta kəmərlərindən istifadə edilib. Həkimlər isə bu zaman gəzməyi simulyasiya edərək ayaqları hərəkət etdiriblər. İki saat davam edən bu məşğələlər həftədə beş gün keçirilib.

Sonra xəstələrin bədəninə onurğa beynin müəyyən neyronlarına təsir göstərən xüsusi elektrik qurğu-epidural stimulyator yerləşdirilib. Bu neyronlar ayaq barmaqları, diz, bud və digər ətraf hissələrinin hərəkətinə cavabdehdir. Əməliyyatdan sonra da bu məşğələlər davam etdirilib.