Makqreqor Nurməhəmmədovla döyüşdəm 100 milyon dollar qazana bilər


Digərləri 05 Okt 2018 03:18:00 406 0

Makqreqor Nurməhəmmədovla döyüşdəm 100 milyon dollar qazana bilər

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor UFC-nin rusiyalı qalibi Həbib Nurməhəmmədovla döyüşdən 100 milyon dollar gəlir əldə edə bilər

Bakı. Əli Qasımov - İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor UFC-nin rusiyalı qalibi Həbib Nurməhəmmədovla döyüşdən 100 milyon dollar gəlir əldə edə bilər. Trend-in məlumatına görə, bu barədə "TMZ" xəbər portalına UFC-nin prezidenti Deyna Uayt bildirib. İralandiyalının bu döyüşdən 100 milyon dollar qazana biləcəyi barədə suala cavabında UFC-nin prezidenti bildirib: "Əlbəttə, qazana bilər, Makqreqorun "PPV" (pay-per-view sistemi üzrə yayım) göstəricilərinə diqqət yetirin. O, bütün zamanların ən böyük "PPV" göstəricilərinə sahib olan biridir".