"Toppuş bacı"ya dəstək üçün gələn Gülay ağladı: "Kənardan güclü görünə bilərəm, amma..." VİDEO


Şou-biznes 05 Okt 2018 01:30:00 411 0

"Toppuş bacı"ya dəstək üçün gələn Gülay ağladı: "Kənardan güclü görünə bilərəm, amma..."  VİDEO

Müğənni Gülay Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Ağayevanı dəstəkləmək üçün "Bizimləsən" verilişinə qatılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı aktrisa haqda fikirlərini söyləyərkən göz yaşlarına hakim ola bilməyib:

"Ola bilər, kənardan güclü xanım kimi görsənə bilərəm, amma çox zəif biriyəm. İnsanların dərdinə dözməyə məndə ürək yoxdur. Mən Tünzaləni belə görməyə öyrəşməmişəm. Çünki biz el şənliklərində, toyda tez-tez rastlaşırıq, o, anaların, bacıların əlinə xına yaxmaq üçün bu həyata gəlib. Allah sənin balanı xoşbəxt eləsin. Dərdi verən də Allahdır, alan da Allahdır. Onun işini heç kim bilməz. Allah səni o bir balana bağışlasın".