Aİ-nin İraqdakı səfiri içməli sudan zəhərlənib


Digərləri 05 Okt 2018 01:16:00 290 0

Aİ-nin İraqdakı səfiri içməli sudan zəhərlənib

Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua ölkənin cənubunda yerləşən Bəsrə şəhərində çirklənmiş içməli sudan zəhərlənib

Bakı. Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua ölkənin cənubunda yerləşən Bəsrə şəhərində çirklənmiş içməli sudan zəhərlənib. Trend-in məlumatına görə, R.Blekua bu barədə öz Twitter səhifəsində yazıb. R.Blekua bildirib: "Bu səhər mən özümü pis hiss etdim və bir neçə görüşü təxirə salmaq məcburiyyətində qaldım. YUNİSEF-in həkimi çirklənmiş sudan zəhərlənmə diaqnozu təyin etdi".