Yaponiyanın zondu Ryuqu asteroidinə daha bir robottədqiqatçı göndərib


Digərləri 05 Okt 2018 00:45:00 376 0

Yaponiyanın zondu Ryuqu asteroidinə daha bir robottədqiqatçı göndərib

MASCOT robot-tədqiqatçı Yaponiyanın "Hayabusa-2" zondundan ayrılıb və Yer planetindən 280 milyon kilometr məsafədə yerləşən Ryuqu asteroidinə doğru irəliləyib. Bu barədə Yaponiya Fəza Tədqiqatları Agentliyi məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa və Almaniya alimlərinin birgə hazırladığı kiçik android kub formasında olub, təqribən 10 kiloqram ağırlığındadır. Robot geniş kamera, asteroid süxurunu tədqiq etmək üçün mikroskop, habelə temperaturu və maqnit sahəni ölçmək üçün cihazla təchiz olunub.

Xatırladaq ki, sentyabrın sonunda Yaponiya Fəza Tədqiqatları Agentliyinin Ryuqu asteroidinə göndərdiyi iki robot-tədqiqatçı daş relyefin fotoşəkillərini çəkiblər. MASCOT Ryuqunun digər hissəsində tədqiqat aparmalıdır ki, yapon mütəxəssislər sonra "Hayabusa-2" zondunun enişini dəqiq müəyyənləşdirsinlər.