Günün qoroskopu: yeni bilik, təcrübə və informasiya əldə etmək olar


Digərləri 05 Okt 2018 00:01:00 313 0

Günün qoroskopu: yeni bilik, təcrübə və informasiya əldə etmək olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - İntuisiyanız kəskindir. Məhz bu səbəbdən ətrafdakı insanları anlayır, əvvəllər sərin münasibətlərdə olduğunuz şəxslərlə dil tapırsınız. Unutmayın ki, bu gün insanlarla manipulyasiya etmək, onlardan öz maraqlarınızın təminatı üçün yararlanmağa çalışmaq olmaz.

Bütün bunlar yaxşı heç nə vəd etmir.

Danışıqlar və müzakirələrdə ümumi dil tapmaq asan deyil.

Müttəfiqlərlə söhbətlərdə həssas olun. Çətin durumda etibar etdiyiniz insana yardım üçün müraciət edin.

Günün ikinci yarısında hövsələsiz olmayın. Bir qədər gözləyin, fasilə verin. Sinirlənməyin, qıcıqlanmayın.

Mühüm görüş üçün yaxşı vaxt deyil.

Qarşı tərəfdə xoş təəssürat yarada bilməyəcəksiniz.

Alış-veriş məsləhət deyil.

Buğa - Planları reallaşdırmaq çətinləşir. Şərtlər dəyişdiyindən yeni situasiyaya uyğunlaşmaq gərəkdir. Yeni tapşırıqlar peyda olur. Onlar yorucu, maraqsız, usandırıcıdır. Hər işi tam başa vurmağa, bitirməyə çalışın.

Mümkün olmayan yerdə parlaq nəticələrə nail olmağa can atmayın.

Alış-veriş, sövdələşmə, anlaşmalar üçün əlverişli gün deyil.

Yeni işdə fəaliyyətə başlamaq asan deyil. Çox yəqin ki, ümidləriniz doğrulmayacaq.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.

Əkizlər - Stabil olmayan gündür. Günün ilk yarısında hadisələrin inkişaf tempi sizi sevindirəcək.

Lakin saatlar keçdikcə işin intensivliyi sizi yormağa başlayacaq. Bir qədər durun, nəfəs dərin. Bütün işləri yerinə yetirməyə imkan yoxdur. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan fantaziya, təxəyyül, duruma qeyri-standart baxış tələb edən işlərlə məşğul ola bilərsiniz.

Günün ikinci yarısı fiziki iş üçün əlverişlidir.

Yaxınlarınızla münasibətləri gərməyin, münaqişə etməyin.

Kiçik məsələyə görə yaranmış mübahisəyə son qoyun.

Xərçəng - Tələsik yanaşma və qısa müddət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli zamandır. Bütün diqqəti mühüm işə yönəldərək önəmsiz və xırda təfərrüatlara baş qoşmayın.

Vaxtınızı boş söhbətlərə sərf etməyin. Sizə birbaşa dəxli olmayan mövzudakı diskussiyada iştirak usandırıcıdır. Konkret məsələnin həllində maraqlı ideya yarana bilər. Dəqiq müşahidələrinizi bölüşün.

İşdə nüfuzunuz arta bilər.

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil.

Emosional fon stabil deyil, kiçik və əhəmiyyətsiz olaylara görə sinirlənirsiniz.

Əsassız şübhələrlə sevdiyiniz insanın qəlbini qırmayın.

Şir - Ən çətin problemlərin həlli, yorucu və usandırıcı işi görmək üçün əlverişli zamandır. Fəaliyyət potensialınızın səviyyəsi yüksəkdir. Məqsədlərin bəlirlənməsi və onlara çatmaqla bağlı müşküllər yoxdur.

Yeni işlərə, birgə layihələrin gerçəkləşdirilməsinə başlamaq olar. İşgüzar xislətinizi nümayiş etdirin.

Günün ikinci yarısında xırdalıqlara ifrat önəm verməyin.

Məişət zəminində fikir ayrılıqları ciddi münaqişəyə çevrilə bilər.

Axşam saatlarında qayğılardan qurtulun, gəzinti və istirahətə vaxt tapın. Dostlarla görüşün, əylənin.

Qız - Müsbət təmayüllərin təsiri güclüdür. Kəskin zərurət olmadığı hallarda risk etməyin. Amma uğura şübhə etmirsinizsə, sürətli və qətiyyətli addımlar atın. Yeni iş yerində çalışmağa başlamaq üçün əlverişli zamandır.

Müttəfiq və həmfikirlərlə yanaşı, dostlar da tapacaqsınız.

Təcrübəli insanların məsləhətlərinə qulaq assanız, səhvlərə yol verməyəcək, başqalarının sürəkli təkrarladığı yanlışlıqlardan qurtulacaqsınız.