Leyla Abdullayeva XİNin mətbuat xidmətinin rəhbəri


Siyasət 05 Okt 2018 00:06:00 286 0

Leyla Abdullayeva XİNin mətbuat xidmətinin rəhbəri

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu barədə Son.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.