Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib


Digərləri 04 Okt 2018 23:59:18 306 0

Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib

Bakı. Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin