Qəhvə nədir?


Digərləri 04 Okt 2018 23:35:00 287 0

Qəhvə nədir?

Qəhvə dünyada heç zaman bu qədər populyar olmayıb. 1991-ci ildə qəhvənin dünyada istehlakı 90 milyon 60 kiloluq torba həcmində olmuşdursa, Beynəlxalq Qəhvə Təşkilatına (ICO) görə, bu il istehlak edilən belə torbaların sayı 160 milyonu keçəcək.

Ola bilsin ki, qəhvə barədə bimədiyiniz 13 faktı nəzərdən keçirək.

1. Qəhvə - meyvə toxumudur

İşdiyimiz qəhvə əslində qəhvə meyvəsinin qızardılmış toxumlarından hazırlanır.

Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur.

ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur.

İspaniyada belə qəhvə dənələrinə "balaca ilbiz" deyilir.

Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur.

2. Bəzi insanlar qəhvəni yeyir

İnsanlar qəhvəni adətən içir, lakin bəziləri onu həm də yeyirlər.

Qəhvə yalnız içki kimi içilmir, üyüdülmüş qəhvə şokolad batonlarına da əlavə edilir.

Bəzi şirkətlər qəhvə meyvələrinin qalıqlarından üyüdüb şirniyyat məhsullarına, şokolada, çörəyə, souslara qatır.

Növündən asılı olaraq, qəhvə dadı verməyən həmin əlavələrin gülə, sitrus meyvəsinə və ya digər meyvəyə bənzər qoxusu ola bilər.

3. Nəcisdən çıxan qəhvənin qiyməti çox baha ola bilər

Palma pişiyi yoxsa fil? Ən bahalı qəhvə bu heyvanlardan birinin bağırsaqlarından çıxmış qəhvə dənələrindən hazırlanır.

"Kopi luvak" qəhvə növü dünyada ən bahalı qəhvələrdən sayılır.

"Kopi luvak" İndoneziyada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən hazırlanın qəhvədir. Qəhvə meyvələri bu heyvanın bağırsağında fermentasiya olunduqdan sonra yığılıb satılır.

Bahalı dükanlarda bu cür dənələrin 500 qramlıq kisəsinin qiyməti $700-ə çata bilər.

Tailandda isə Qara Fil Dişi qəhvəsi istehsal olunur. Bu qəhvə fillərin bağırsağıdan çıxan qəhvə dənələrindən hazırlanır.

Qara Fil Dişi qəhvəsinin reseptinin müəllifi kanadalı Blake Dinkin-dir. Bu qəhvənin ABŞ-da 35 qramlıq kisəsi təxminən $85-ə satılır.

4. Qəhvə faydalıdır...

Qəhvə antioksidantlarla zəngindir.

Bu ilin əvvəlində aparılmış elmi tədqiqatın nəticələrinə əsasən, gündə 3 fincan qəhvə insanın ürək xəstəliyi və digər ağır xəstəliklərdən ölmək riskini azalda bilər.

Bu araşdırma çərçivəsində Avropanın 10 ölkəsində yaşı 16-dan yuxarı olan 500,000 adam müşahidə olunub.

Digər tədqiqat işlərində qəhvənin 2-ci tipli diabet və Alzheimer sindromu kimi xəstəliklərin riskinin azadılmasında rolu öyrənilib, lakin bu sahədə əlavə tədqiqatların keçirilməsinə ehtiyac var.

Qəhvədəki kofein insana əlavə enerji verir, idmançıların atletik imkanlarını artır.

5. ...lakin həddi olmalıdır

Qəhvə stimullaşdırıcı təsirə malikdir və həddindən çox miqdarlarda içilməsi məsləhət deyil.

Qəhvənin stimullaşdırıcı xüsusiyyətləri onun həddən çox qəbul edilməsini riskli edir.

Hamilə qadınlar qəbul etdikləri kofeinin miqdarını azaltsalar yaxşıdır, çünki kofein doğulan uşağın çəkisinin normadan az olmasına və ya uşaqsalmaya gətirib çıxara bilər.

Britaniya həkimləri hamilə qadınlara gündə qəbul etdikləri kofeinin miqdarının 200 milliqramdan çox olmamasını məsləhət görürlər.

6. Kofe dənələri iki növdə olur