Azərbaycan nefti rekord artımdan sonra cüzi ucuzlaşdı


Digərləri 04 Okt 2018 23:26:00 297 0

Azərbaycan nefti rekord artımdan sonra cüzi ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,96 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,14 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 83,01 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.