İndoneziyada zəlzələ qurbanlarının sayı 1558 nəfərə çatıb


Dünya 04 Okt 2018 23:29:00 245 0

İndoneziyada zəlzələ qurbanlarının sayı 1558 nəfərə çatıb

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 1558 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsi məlumat yayıb.

İdarənin "Twitter" səhifəsində yerləşdirilən məlumata görə, təbii hadisə zamanı 2,5 mindən çox insan xəsarət alıb. 113 nəfər itkin düşüb. Daha 150 nəfər dağıntılar altında qalıb.