"Məbada o bayrağı çiyninə alasan..."


Digərləri 04 Okt 2018 23:20:00 286 0

"Məbada o bayrağı çiyninə alasan..."

Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri Xalid ibni Urfuta idi. Tarix onun haqqında yazır: "O, Peyğəmbərin (s) səhabələrindən idi ki, onun haqqında hədis nəql etməmişdir".

Səd ibni Əbi Vəqqas, Qadisiyyə müharibəsində onu ordunun başına qoyur və o Nəxliyə döyüşündə xəvarici öldürür. Kufədə sakin olur və orada özü üçün evlər inşa edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Suyəd ibni Ğəfələ nəql edir: "Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir: "Ey Əmirəl-möminin! Mən Qura vadisindən keçən zaman Xalid ibni Urfutanı ölmüş halda gördüm. Onun üçün bağışlanma istəyək".

İmam Əli (ə) buyurur: "Əl saxlayın, o, ölməmişdir. O günə qədər ölməyəcəkdir ki, yolunu azmış orduda ki, Həbib ibni Himaz bayraqdar olacaqdır, ona rəhbərlik edəcəkdir".

Bir nəfər yerindən qalxdı və dedi: "Ey Əmirəl-möminin! Allaha and olsun ki, mən səni sevənlərdənəm".

İmam (ə) soruşdu: "Sən kimsən?".

Dedi: "Mən Həbib ibni Himazam".