ƏhliBeytin elm bulağından sirab olan şagird


Digərləri 04 Okt 2018 23:10:00 281 0

ƏhliBeytin elm bulağından sirab olan şagird

Muhəmməd ibni Müslim Səqəfi İmam Baqirin (ə) ən üstün şagirdlərindən olmuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, o, nəql edir: "Bir gün evimin damında yatmışdım. Eşitdim ki, kimsə evimin qapısını döyür. Soruşdum: "Kimdir?".

Bir qadın səsi gəldi: "Mənəm, Allah sənə rəhmət etsin, qapını aç!".

Mən damın kənarına getdim və gördüm ki, bir qadındır. Məni görən kimi dedi: "Mənim təzə ərə gedən qızım hamilə idi. Onu doğum sancısı tutdu və doğmamış dünyasını dəyişdi. İndi övladı qarnında hərəkət edir. Bu məsələnin şəri hökmü nədir?".

Ona dedim: "Ey banu! Buna bənzər mövzu ilə bağlı bir gün İmam Baqirə (ə) müraciət etmişdilər. İmam (ə) buyurmuşdu: "Ölünün qarnını yarın və uşağı çıxardın". Sən də belə et".