Qara ciyərin piylənməsi


Digərləri 04 Okt 2018 22:45:00 484 0

Qara ciyərin piylənməsi

Qara ciyərin piylənməsi zamanı qara ciyərdə artıq piy yığılır.

Nəticədə burada iltihab yaranır, qara ciyərin hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunmağa başlayır  (buna "fibroz" deyilir). Bütün bunlar qara ciyərin funksiyalarını pozur. Qara ciyər çox vacib orqandır. Bu orqanda olan istənilər pozulmalar bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, xoşbəxtlikdən, qara ciyər çox yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Müəyyən pəhriz və müalicə tədbirləri qara ciyərin piylənməsini dayandıra bilər və qara ciyər öz funksiyalarını bərpa edə bilər. Lakin gecikmiş mərhələlərdə qara ciyərin piylənməsi fonunda xroniki hepatit (qara ciyərin iltihabı), sirroz və qara ciyərin xərçəngi inkişaf edə bilər. Qaraciyərin piylənməsin çox yayılmış pozulmadır. Bu pozulmaya həm kişilərdə, həm də qadınlarda rast gəlinir. Xəstəliyin əsas səbəblərindən biri spirtli içkilərin və yağlı, şirin qidaların həddən artıq qəbulu sayılır.

Digər səbəblər arasında:

- natamam qidalanma (zülallar və ya vitaminlərin çatışmazlığı) - mübadilə proseslərinin pozulması - sürətli arıqlana - xroniki zəhərlənmələr (ziyanlı istehsalatlarda və s.) - şəkərli diabet və tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olunan pozulma) - virus hepatitləri - dərman preparatların qəbulu - qanda dəmirin yüksək olması (genetik pozulma) - artıq çəki və piylənmə.