İmam Rzanın köynəyi məddahın dadına belə çatdı


Digərləri 04 Okt 2018 22:10:00 365 0

İmam Rzanın köynəyi məddahın dadına belə çatdı

Əhli-Beytə (ə) aid şeir yazan şairlərdən biri də Dəbəl ibni Xuzayi idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, o, nəql edir: "O zaman ki, Əhli-Beyt (ə) haqqında məşhur qəsidəmi yazdım, qərara aldım ki, Xorasana gedim və onu İmam Rzaya (ə) oxuyum.

Xorasana gəldim və qəsidəni İmam (ə) üçün oxudum və İmam (ə) da bir neçə sətri qəsidəyə əlavə etdi ki, öz şəhadəti ilə bağlı idi. Mənə buyurdu ki, bu qəsidəni heç kəmə oxumayım. Mən də razı oldum.

Ancaq Məmun mənim gəlişimdən xəbər tutdu və məni sarayına çağırıb, məndən həmin qəsidəni oxumağımı istədi. Mən qəsidənin olduğunu inkar etdim. Bu zaman İmamı (ə) saraya dəvət etdi və mənə dedi: "O, qəsidəni ki, Əli (ə) nəslinin tərifində yazmısan və İmamın (ə) yanında oxumusan, mənim üçün də oxu".

Mən də çarəsiz qalıb onu oxudum və bu qəsidə onun çox xoşuna gəldi və xoşhallanıb, mənə hədiyyələr verdi. Hədiyyəsinin içində bir at da var idi.

İmam (ə) da mənə yüz dinar verdi və buyurdu ki, bu pula ehtiyacın olacaqdır. Mən İmamdan (ə) xahiş etdim ki, əyninə geyindiyi köynəklərdən birini mənə hədiyyə etsin ki, ölən zaman kəfənim olsun. İmam (ə) razı oldu və bu köynəklərdən birini mənə verib, buyurdu: "Bu köynək səninlə birlikdə olsun ki, onun sayəsində bəladan amanda olacaqsan".

Mən də bu hədiyyələri götürüb, yola düzəldim. Yolda bizi qarətçilər əhatə etdilər və əlimizdə olan hər şeyimizi aldılar. Onların başçısı mənim şeirimi söyləyirdi. Mən çox təəccüblənib dedim: "Heç bilirsənmi ki, bu, kimin şeiridir?".

Dedi: "Bəli, Dəbəlin".

Mən dedim ki, Dəbəl mənəm.