ÜmmiLeylanın Kərbəla hadisəsində iştirak etməsi dəqiqdirmi?


Digərləri 04 Okt 2018 21:55:00 267 0

ÜmmiLeylanın Kərbəla hadisəsində iştirak etməsi dəqiqdirmi?

İmam Hüseynin (ə) həyat yoldaşı Ümmi-Leyla (əslində Leyla) xatun aşurada misli görünməmiş şücaətlə döyüşüb şəhid olmuş Əliəkbərin anasıdır. Leyla xatunun atası Əbu Mürrə Səqəfi aşura şəhidlərinin intiqamını almış Muxtarın əmisi oğlu idi. Bibisi Ümmi-Səid İmam Əlinin (ə) həyat yoldaşı idi. Leyla xatunun anası isə Meymunə bint Əbu Süfyandır (Müaviyənin bacısı). Bu baxımdan Əli Əkbər ata tərəfdən Bəni-Haşim, ana tərəfdən isə Bəni-Üməyyə və Bəni-Səqif soylarına mənsub idi.

Son.az islam.az-a istinadən bildirir ki, Leyla xatunun aşura faciəsində iştirak etməsi mötəbər mənbələrdə öz əksini tapmamışdır. Mərhum Şəhid Mütəhhəri "Həmaseye-Hüseyni" kitabında bunu qəti şəkildə inkar edir, Kərbəlada Leyla xatunun söylədiyi iddia edilən mərsiyələrin əslində ona aid olmadığını bildirir. Məşhur hədis və tarix alimi Şeyx Abbas Qumi də "Müntəhal-amal" əsərində Leyla xatunun Kərbəlada olmasını əsassız sayır. Tədqiqatçı alim Ayətullah Reyşəhri 9 cildlik "İmam Hüseyn ensiklopediyası"nda Leyla xatun barədə məlumatların həddən az olduğunu diqqətə çatdıraraq, onun Kərbəla faciəsində iştirak etməsini şübhə altına alır və qeyd edir ki, hətta bəzi alimlər onun aşura faciəsindən əvvəl dünyasını dəyişdiyini iddia etmişlər.