İmmunitetə xərçəng hüceyrələrini tanıdan peyvənd


Digərləri 04 Okt 2018 21:50:00 204 0

İmmunitetə xərçəng hüceyrələrini tanıdan peyvənd

ABŞ-da hazırlanmış yeni bir peyvənd, immun sisteminə xərçəng hüceyrələrini tanımasını təmin edə bilir.

Dövrümüzün ən böyük problemlərindən biri olan və xüsusilə erkən diaqnoz qoyulmadığı təqdirdə ölümlə nəticələnə bilən xərçəngə qarşı yeni bir peyvənd hazırlandı. Hələ sınaq mərhələsində olan bu peyvənd, təcrübə edilən xəstələrdə xərçəngə qarşı ümidverici nəticələr verdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, peyvəndin tətbiq olunma üsulu belədir: əvvəlcə bir xəstədən immun sisteminin hüceyrələri alınır və bu hüceyrələr laboratoriya mühitində, bir çox xərçəngdə olan HER2 adlı bir zülalı fərq edə bilməsi üçün dəyişdirilir. Bu mərhələdən sonra da hüceyrələr xəstəyə təkrar əlavə edilir.