Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi


Digərləri 04 Okt 2018 21:34:00 291 0

Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi

Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu "like"dan danışıb.

Son.az azerisport.com-a istinadla xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən "Instagram"da paylaşılıb.

Daha sonra Dadaşov "like"nı silib.

"Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, "like" qoymuşam.