Üzdəki ləkələri aparan ən ucuz maska


Digərləri 04 Okt 2018 21:35:00 443 0

Üzdəki ləkələri aparan ən ucuz maska

Üz dərisində müxtəlif səbəblərə görə ləkələr əmələ gələ bilər.

Belə ləkələri aparmaq üçün bir çox hallarda sadə vasitələr kömək edir.

Son.az fizulihuseynov.com-a istinadən bildirir ki, soda və limon maskası sifətin mühitini qələvi mühitə çevirərək dəridəki ləkələrə, sıznaqlara, səpgilərə çox effektli təsir edə bilir. Ümumiyyətlə, bu maska həm də bədəndə əmələ gəlmiş ət xalları, ziyillər, günəş ləkələri üçün də faydalıdır. Maskadan 5-6 dəfə istifadə etdikdən sonra üzdəki ləkələr azalmırsa inad edərək istifadə etmək lazım deyil, deməli ləkələr daxili maddələr mübadiləsinin pozulmasına görə əmələ gəlib daxildən müalicə olunmalıdır.