Napoli-nin hücumçusu silahlı hücuma məruz qaldı


İdman 04 Okt 2018 21:31:00 280 0

Napoli-nin hücumçusu silahlı hücuma məruz qaldı

Hücumçu soyulub Napoli-nin hücumçusu Arkadiuş Milik Neapolda silahlı hücuma məruz qalıb.

Goal.az xəbər verir ki, hadisə Çempionlar liqası çərçivəsində Liverpool-la oyundan sonra baş verib. Polyak futbolçu gecə evinə gedərkən iki nəfər silahlı adam ona yaxınlaşıb. Onlar Milikin 7min avro dəyərində olan Rolex markalı qol saatını əlindən alaraq uzaqlaşıblar. Neapol polisi soygunu törədənləri axtarır. Xatırladaq ki, futbolçular Marek Qamşik, Lorenso İsinye və Edison Kavani də Neapolda soygunla üzləşlb