Bərdədə dəhşətli qəza: bir ailənin 4 üzvü ölüb VİDEO


Digərləri 04 Okt 2018 21:16:00 203 0

Bərdədə dəhşətli qəza: bir ailənin 4 üzvü ölüb  VİDEO

Sürət və ehtiyatsızlıq qəzaya səbəb olub. Nəticədə bir ailənin 4 üzvü ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dəhşətli qəza gecə saatlarında Bərdənin Mehdili kəndi ərazisində baş verib.

Azər Vəliyevin idarə etdiyi avtomobil qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik maşını əzilərək yararsız hala düşüb.

Nəticədə Goranboy rayon sakinləri, sürücü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Zeynəb Rəcəbəliyeva, 48 yaşlı Rəna Rəcəbəliyeva və 13 yaşlı Rəvan Vəliyev hadisə yerində ölüblər. Maşında sıxılaraq qalan meyitləri hadisə yerinə gələn xilasedicilər çıxarıb.

Məlumata görə, dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, istintaq gedir.

Bu gün səhər saatlarında Bakıda isə Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində avtomobil qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Heydər Əliyev prospektindən şəhər istiqamətinə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib və bardürü aşıraraq tunelə düşüb. O, sərnişinlərin köməyi ilə maşından çıxarılıb. Dərhal əraziyə təcili tibbi yardım və polis əməkdaşları gəlib. Yüngül xəsarət alan sürücü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: