Bakıda bal yarmarkası başlayır VİDEO


Digərləri 04 Okt 2018 21:17:00 252 0

Bakıda bal yarmarkası başlayır  VİDEO

Arıcıların 30 tona yaxın balı yararsız çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumat yarmarka ilə bağlı keçirilən mətbuat konfransında verilib. Bildirilib ki, sabahdan etibarən Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yarmarkada keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi cavabdehlik daşıyır. Bu il ilk dəfə olaraq Arıçılar Assosiasiyası da bərabərhüquqlu üzv kimi seçilib və sahibkarlar barədə onların da rəyləri alınıb.

Qeyd edilib ki, arıçılarla təmasın aradan qaldırılması üçün yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb. Sonra isə arıçının iştirakı olmadan nümunələr götürülüb və analizlər aparılıb. Yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsulun bir qismi yararsız çıxıb.