Azərbaycanlı teleaparıcı şəxsi həyatından danışdı: "Paltarımı geyinib evdən çıxanda ilk onunla məsləhətləşirəm" FOTO


Şou-biznes 04 Okt 2018 21:03:00 519 0

Azərbaycanlı teleaparıcı şəxsi həyatından danışdı: "Paltarımı geyinib evdən çıxanda ilk onunla məsləhətləşirəm"  FOTO

Teleaparıcı Vüsalə Kərimovanın Son.az-a müsahibəsi.

- Vüsalə xanım, uzun illər xəbər aparıcısı olsanız da, bir neçə ildir ki, şou tipli verilişlərə aparıcılıq edirsiniz. Bu sizə necə təsir bağışlayır?

- Mənim həm şoudan, həm də ictimai-siyasi məsələlərdən başım çıxdığına görə bu mənim üçün çox asandır. Çünki tale elə gətirdi ki, xəbərlərdən sonra şou istiqamətində çalışdım. Belə ki, radiolardan birinə rəhbərlik etdim. Bu müddət ərzində artıq mən şounun içərisində idim. Daha sonra sosial mövzuları şoulaşdırmaq mənim üçün bir içim su oldu.

- Rəhbər olmaq yaxşıdır yoxsa teleaparıcı?

- Əslində mən rəhbər olanda da aparıcı idim. Heç vaxt mikrofonumu əlimdən yerə qoymamışam. Çünki hesab etmişəm ki, rəhbərlik deyilən bir iş bitə bilər, amma mənim sual vermək qabiliyyətim, mikrofonum bir ömür mənimlə davam edə bilər.

- Hansı iş əlinizdən gəlməz?

- Mən hansısa işin qulpundan yapışsam o işin öhdəsindən gələcəyəm. Buna adım qədər əminəm.

- Bir işə girməzdən öncə kiminlə məsləhətləşirsiniz?

- Əslində özüm-özümlə 100 ölçüb, 1 biçməyi çox sevirəm. Həyatda insanı özü qədər başa düşən ikinci varlıq yoxdur. Ətrafımda məsləhətlərini dinlədiyim dostlarım olsa da son qərarı özüm verirəm.

- Verdiyiniz qərardan peşiman olmusunuz?

- Desəm ki, peşman olmamışam yalan olar. Çox az hallarda peşiman olmuşam. İnsan səhvləri ilə böyüyür. Mənim də bu gün səhv adlandırdığım çox hərəkətlərim olub. Bir neçə il olar ki, mən artıq "heç vaxt" sözünü demirəm. Əvvəllər bu sözü çox işlədirdim. Heç vaxt dediklərim həyatımda çox oldu.

- Tamaşaçılar sizin haqqınızda nələri bilmirlər?


Xəbərə aid fotolar