Tibbdə yeni hepatit növü aşkarlandı


Digərləri 04 Okt 2018 21:05:00 316 0

Tibbdə yeni hepatit növü aşkarlandı

Honkonq Universitetinin alimləri məlumat verib ki, tibbdə ilk dəfə olaraq insanın siçanlarda olan Hepatit E tipinə yoluxması hadisəsi baş verib. Son.az medicina.az-a istinadən bildirir ki, əvvəllər hesab olunurdu ki, siçan hepatiti insana keçə bilməz, çünki bu virus insanda olan hepatit virusundan uzaqdır, fərqlidir. Lakin reallıq alimlərin ümidlərini puç etdi.

Xəstəlik 1 ay öncə 56 yaşlı kişidə aşkarlanıb. Alimlərin fikrincə, insan siçan toxunmuş və siçan nəcisi dəymiş qidalardan E hepatitinə yoluxa bilər. Pasiyentin yaşadığı ərazidə, evinin yanında siçanların aktivliyi də müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hepatit E-nin insan tipi qaraciyərin yayılmış problemidir və çirkli su ilə yoluxur. Amma siçan hepatitinin insana keçməsi E hepatiti ilə mübarizədə səhiyyənin qarşısında daha bir təhlükədir.