Pedofil dostuna kömək etmək istəyən azərbaycanlı biznesmen həbsə göndərildi


Dünya 04 Okt 2018 20:58:00 245 0

Pedofil dostuna kömək etmək istəyən azərbaycanlı biznesmen həbsə göndərildi

Rusiyada məhkəmə azərbaycanlı biznesmen Allahverdi Quliyevi 4 il müddətinə həbsə məhkum edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Çepets istilik kombinatı"nın baş direktoru olan A. Quliyev dostunu cinayət məsuliyyətindən qurtarmaq üçün müstəntiqə 2 milyon rubl (52 min AZN) rüşvət verməkdə ittiham olunub.

Bildirilir ki, A. Quliyev yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməllərinin törədilməsi üzrə cinayət işini aparan müstəntiqə rüşvət verməyə çalışıb.

A. Quliyev iki milyon rubl rüşvət müqabilində müstəntiqin həbs-qətimkan tədbirinin yaşayış yerini tərk etməmək haqqında iltizamla əvəz etməsini istəyib. Sonra o öz dostunu Rusiyadan çıxarmağı planlaşdırıb.


Xəbərə aid fotolar