Turist 40 min dollarlıq üzüyü udub


Digərləri 04 Okt 2018 20:44:00 360 0

Turist 40 min dollarlıq üzüyü udub

Türkiyənin Muğla şəhərində maraqlı hadisə yaşanıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 54 yaşlı İan Kamppel adlı irland turist müştəri kimi girdiyi qızıl dükanından 2,5 karat brilyant üzüyü oğurlayaraq udub. Oğurluq hadisəsi müşahidə kameraları izləndikdən sonra üzə çıxıb. Xəstəxanada mədəsi və qalın bağırsağı rentgen edilən İanın udduğu üzüyün dəyəri 40 min dollardır.

Mağaza sahibi 11 saatdır brilyant üzüyün təbii yolla çıxması üçün xəstəxanada turistin başının üstündə nəzarət edir.


Xəbərə aid foto