Oğurluq maşını 350 manata satıblar


Digərləri 04 Okt 2018 20:28:00 263 0

Oğurluq maşını 350 manata satıblar

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin "VAZ-2101" markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil  qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.