Putin SanktPeterburqu keçmiş bakılıya tapşırdı


Dünya 04 Okt 2018 19:48:00 244 0

Putin SanktPeterburqu keçmiş bakılıya tapşırdı

Rusiya prezidenti Vladimir Putin Aleksandr Beqlova müvəqqəti olaraq Sankt-Peterburq qubernatoru vəzifəsini icra etməyi tapşırıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki,  Putin bu qərarı Beqlov və Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru Georgi Poltavçenko ilə  üçtərəfli görüşü zamanı verilib. Putin Beqlova seçkidə Sankt-Peterburq qubernatoru vəzifəsi uğrunda mübarizə aparıb-aparmayacağını da müəyyənləşdirməyi təklif edib.

Buna qədər Beqlov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.