Vüqar Rəhimzadə: "Deputatın APdə qalıbqalmaması məsələsinə baxılmalıdır"


Siyasət 04 Okt 2018 19:08:00 270 0

Vüqar Rəhimzadə: "Deputatın APdə qalıbqalmaması məsələsinə baxılmalıdır"

"Avropa Parlamentinin (AP) qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikili yanaşmanın göstəricisidir. Hesab edirəm ki, bu, Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir".

Son.az bildirir ki, bu fikri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktorun sözlərinə görə, Avropa Parlamentinin belə bir üzvünün olması utancverici hadisədir: "Hesab edirəm ki, Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu, birmənalı şəkildə, həmin deputatların xarakterlərini, əsl xislətlərini ortaya qoyan amillərdən biridir.

Avropa Parlamentinin qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun bu addımı beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib. Bunlar bir çox hallarda antiazərbaycan dairələrlə əlaqəli işləyən insanlardırlar. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər, kimlərinsə sifarişlərini icra edirlər. Ümumiyyətlə, o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər AP haqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa, bunu düşünməlidir".

Son.az