“Bakıda bağ evim yoxdur, qaldı ki...”


Şou-biznes 04 Okt 2018 18:48:00 284 0

“Bakıda bağ evim yoxdur, qaldı ki...”

"Mən həmişə incə olmuşam. Heç vaxt kök olmamışam. Bu yay dənizkənarı bölgələrdə qızımla istirahət etdim. Yəqin ki, okeanda çox üzmüşəm, buna görə 2-3 kq arıqlamışam. İndi istəyirəm ki, bir az kökəlim". 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa Şimali Amerikadakı istirahətindən, orada ev alması və qızını təhsil üçün Los-Angelesə göndərməsi barədə yayılan məlumatlara münasibət bildirib.