Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək


Digərləri 04 Okt 2018 18:35:00 226 0

Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək

u gündən başlayaraq, oktyabrın 10-dək mümdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu gündən başlayaraq oktyabrın 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək. Rəsədxanadan Trend-ə verilən məlumata görə, Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyüdür. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir.