Bakının bu küçə və prospektlərində hərəkət iflic olub


Digərləri 04 Okt 2018 18:30:00 228 0

Bakının bu küçə və prospektlərində hərəkət iflic olub

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Son.az Trend-ə istinadən bildirir ki, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən Azadlıq prospektinin 28 May küçəsi ilə kəsişməsi istiqamətində, Dilarə Əliyeva küçəsi - "Nizami" metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi - Bakıxanov istiqamətində, Vaqif küçəsi - Zorge parkı istiqamətində, Bəxtiyar Vahabzadə küçəsi - Mətbuat prospekti istiqamətində, Füzuli küçəsi - Qış parkı istiqamətində və Şah İsmayıl Xətai küçəsi - Heydər Əliyev Mərkəzi isitqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.