Abel Məhərrəmova yeni vəzifə verildi


Digərləri 04 Okt 2018 18:12:00 234 0

Abel Məhərrəmova yeni vəzifə verildi

Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası ilə birgə səyyar iclası keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, iclasda BDU-nun rektoru Abel Məhərrəmov "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" mövzusunda elmi məruzə ilə çıxış edib.

A.Məhərrəmov BDU-da bu istiqamətdə görülən işlər, bakalavr, magistr, doktorant hazırlığı prosesi, tədris proqramları, dərsliklər, dərs vəsaitləri və monoqrafiyaların yazılmasına diqqət çəkib, BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahələri və hərbi sənaye istiqamətində tədqiqini və elmi nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələrinin uğurla yerinə yetirildiyini bildirib.