Əli Əhmədov GUAM ölkələrinin hökumət başçılarının iclasına qatılacaq


Siyasət 04 Okt 2018 18:16:00 275 0

Əli Əhmədov GUAM ölkələrinin hökumət başçılarının iclasına qatılacaq

Oktyabrın 5-də Moldovanın paytaxtı Kişinyov şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

Son.az