Bu avtomobillərin Bakıya girişi məhdudlaşdırılır


Digərləri 04 Okt 2018 18:04:00 279 0

Bu avtomobillərin Bakıya girişi məhdudlaşdırılır

Ağırtonnajlı nəqliyyat vasitələrinin paytaxta girişi məhdudlaşdırılır.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Qurum rəsmisi bildirib ki, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi beş tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində oktyabr ayının 1-dən may ayının 1-nə kimi səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.