Zibili yandıranlar 500 manat ödəməli oldular


Digərləri 04 Okt 2018 17:26:00 212 0

Zibili yandıranlar 500 manat ödəməli oldular

Tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib. ETSN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.