Son illərin tendensiyası: 35-40 yaşdan sonra ana olanların sayı azalır


Digərləri 04 Okt 2018 17:17:39 233 0

Son illərin tendensiyası: 35-40 yaşdan sonra ana olanların sayı azalır

Son illər ərzində ölkəmizdə nəinki 40, hətta 35 yaşdan sonra ana olanların sayının azalması müşahidə edilir.

Bakı. İlhamə İsabalayeva - Sovet dövründə Azərbaycanda qadınların 40 yaşdan sonra övlad dünyaya gətirməsi adi hal olsa və onların sayı çoxluq təşkil etsə də, son illər ölkəmizdə nəinki 40, hətta 35 yaşdan sonra ana olanların sayının azalması müşahidə edilir. Trend-in məlumatına görə, 1970-ci illərdə ölkədə yenidoğulmuş 150-180 min körpənin orta hesabla 6000-8000-nin anasının yaşı 40-dan çox olurdu. Məsələn, 1970-ci ildə Azərbaycanda doğulan 150 976 körpənin 8266-sının, 1975-ci ildə 141 857 körpənin 6777-nin anası 40-44 yaşlı olub. Ötən il isə ölkədə doğulan 1299 uşağın anası 40-44 yaşlı olub. Lakin son 17 il ərzində yaşı 40-dan çox olanlarla yanaşı, yaşı 35-dən çox olan qadınların dünyaya gətirdiyi uşaqların da sayı azalıb.