Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib


Digərləri 04 Okt 2018 17:08:00 310 0

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

Son.az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə gecə və gündüz vaxtlarında keçirilən təlimlərdə döyüş atışları icra olunub.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.


Xəbərə aid fotolar