"Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər, əgər..."


Digərləri 04 Okt 2018 16:52:00 287 0

"Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər, əgər..."

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus salonlarında qaydaları pozan sərnişinlərlə bağlı müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Xidmətin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var: