Xuraman da mədəkiçiltmə əməliyyatı etdirəcək?


Şou-biznes 04 Okt 2018 16:48:00 337 0

Xuraman da mədəkiçiltmə əməliyyatı etdirəcək?

"Həyat yoldaşımla şəkil paylaşıram, insanlar tamam başqa-başqa sözlər yazırlar". Son.az xəbər verir ki, bunu big.az-a açıqlamasında aktrisa-aparıcı Xuraman Əlizadə deyib. Aktrisa onun ailə fotolarına tənqid yazan izləyicilərdən giley edib:

"Bu, mənə xoş deyil. Bundan sonra ailəmlə bağlı paylaşım etməyəcəyəm. Həyat yoldaşımla kəbinimiz, nikahımız, bu nikahdan da övladımız var. Artıq-əskik sözlər yazırlar, əsəbləşirəm". 

X.Əlizadə həmkarı Tünzalə Əliyevanı mənzilinin ipotekası üçün pul topladığına görə qınayanları tənqid edib:

"Heç kim heç nədən sığortalanmayıb. O məqamda insan bilmir ki hardan kömək istəsin. Tünzaləyə şəfa diləyirəm. Onu çox sevirəm. Bəsdir, Tünzalə ilə mənim həyat yoldaşım haqda xoşagəlməz sözlər yazdılar. Bizim ailəmizə ilişməsinlər".