Malta yığmamızla oyun üçün heyəti açıqladı


İdman 04 Okt 2018 16:43:00 294 0

Malta yığmamızla oyun üçün heyəti açıqladı

Malta millisinin UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Goal.az Malta Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Rey Farruciya 24 futbolçuya – 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçuya dəvət göndərib.

Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan")

Müdafiəçilər: Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Ferdinando Apap ("Viktoria Hotspurs"), Keyn Attard ("Birkirkara"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"),

Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Byorn Kristensen ("Hibernians"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana")

Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr)

Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.