Bank Respublika ilə pulunuzu istənilən ölkəyə göndərə bilərsiniz


Digərləri 04 Okt 2018 16:20:00 320 0

Bank Respublika ilə pulunuzu istənilən ölkəyə göndərə bilərsiniz

Müştərilən vaxtına və rahatlığına daim önəm verən Bank Respublika xaricdə yaşayan qohum və yaxınlara pul vəsaitlərini daha sürətli göndərmək üçün (və ya qəbul etmək üçün) dünya üzrə və MDB məkanında çalışan ən aparıcı pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.  

Western Union, Zolotaya Korona, Contact, Blizko, Forsaj və UPT sistemləri vasitəsilə dünyanın istənilən nöqtəsinə qısa müddət ərzində pul vəsaitlərini köçürmək və ya qəbul etmək mümkündür.

Bundan əlavə, MilliÖn və e-Manat terminallarının geniş şəbəkəsi vasitəsilə Bank Respublikanın "Vektor" pulköçürmə sistemi Bakı və bölgələr üzrə 20 şəhərə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir. Göndərilən məbləği isə" Bank Respublika"nın istənilən filialında almaq mümkündür.


Xəbərə aid foto