Müəllimə 35500 manatlıq dələduzluq ittihamı


Digərləri 04 Okt 2018 16:02:00 240 0

Müəllimə 35500 manatlıq dələduzluq ittihamı

Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib.

Bildirib ki, universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb.