Muğam Mərkəzində yubiley konserti keçirilib FOTO


Kriminal 04 Okt 2018 15:05:00 372 0

Muğam Mərkəzində yubiley konserti keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalı yubiley konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalı yubiley konserti keçirilib.

Son.az xəbər verir ki, oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirildi. Festival  Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin dəstəyi, "Kainat" Gənclik Mərkəzinin  təşkilatçılığı ilə  baş tutdu.

İlk olaraq müxtəlif ölkələrin nümayəndələrinin təbrik teleqramları videoçarxla tamaşaçılara təqdim olundu.       

Daha sonra səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

"Kainat" Gənclik Mərkəzinin direktoru, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə bu illər ərzində keçirilən Beynəlxalq Uşaq Muğam Festivalındakı iştiraklarına görə hərkəsə uğurlar arzuladı  və minnətdarlığını bildirdi. 

1997-ci ildən yaranan "Kainat" Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.

Bu ilki festivalda  9 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bəşirli Kənan, Şahbazov Xaqani, İsmayilov Ruslan(Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), Kakayeva Humay (Türkmənistan),Dilnaz Tashmukhamed (Qazaxıstan),Asrayeva Jasmina, Khakimov Umidjon,Nishanov  Shokhrukh  (Özbəkistan), Namatbekov Boogachy,Burkanov Ramil (Qırğızıstan),Sultan İpek (Türkiyə), Yaınus tahseen Mohammed (İraq),  Farbakhti Artan (İran) öz ölkələrini təmsil etdilər.