Nazir: "İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir"


Digərləri 04 Okt 2018 14:42:00 259 0

Nazir: "İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir"

İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabrda isə Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Şahin Mustafayev Azərbaycanda 95 İtaliya şirkətinin qeydiyyatdan keçdiyini, bu şirkətlərin dövlət əsaslı 41 podrat layihəsində iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.

Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır. Azərbaycan və İtaliyanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini və bu sahədə birgə layihələr həyata keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, infrastruktur, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.