AQTA: 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib


Digərləri 04 Okt 2018 14:42:00 261 0

AQTA: 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib

Arıçılıq Məhsullarının 19-cu Satış-Sərgi Yarmarkasına təqdim olunan 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib.

Bakı. İlhamə İsabalayeva - Arıçılıq Məhsullarının 19-cu Satış-Sərgi Yarmarkasına təqdim olunan 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib. İnsan amilinin olmaması üçün nümunələr kodlaşdırılmış şəkildə götürülüb, keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.