“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturları ilə görüş keçirilib (FOTO)


Digərləri 04 Okt 2018 14:36:28 206 0

“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturları ilə görüş keçirilib (FOTO)

“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturları ilə görüş keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturlarının nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, ölkə iqtisadiyyatının dinamik artımı yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan danışan nazir müavini sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı əlilliyi olan şəxslərə üstünlük verildiyini bildirib. M.Kərimli həm məşğulluq, həm də əlilliyi olan şəxslərlə bağlı mövcud qanunvericilikdə sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi məsələlərin əks olunduğunu qeyd edib. O bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması cəmiyyətin yetkinliyinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatımız üçün dəyərli resursdur. Layihədə iştirak edən biznes nümayəndələri korporotiv sosial məsuliyyət prinsipi konsepsiyasını daha da inkişaf etdirməklə, həssas əhali qruplarının nümayəndələrini öz sıralarında artıra və digər şirkətlərə nümunə ola bilərlər.